Yüklərin Ağdam-Xankəndi vasitəsilə çatdırılması barədə razılığı alqışlayırıq - AzQAC

Hazırda oxunan: Yüklərin Ağdam-Xankəndi vasitəsilə çatdırılması barədə razılığı alqışlayırıq - AzQAC

155647

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları vasitəsilə çatdırılması barədə razılığın əldə edilməsini alqışlayır.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildirilib.

“Təəssüf edirik ki, hər iki yolun eyni anda açılması ilə bağlı hələ 2023-cü il sentyabrın 1-də razılıq əldə edilməsinə baxmayaraq, bunun reallaşdırılması yalnız sentyabrın 18-də baş verəcək.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti hesab edir ki, yüklərin aparılmasının siyasiləşdirilməsi, onun qarşısının alınması yolverilməzdir. Zərurət olduğu təqdirdə, müstəqil, bitərəf təşkilat olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu prosesə istənilən dəstəyi verməyə hazırdır”, - Cəmiyyətdən qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin