Hakimiyyətdən MƏZARA... – Paşinyanı Dəmirçiyanın aqibəti GÖZLƏYİR?

Hazırda oxunan: Hakimiyyətdən MƏZARA... – Paşinyanı Dəmirçiyanın aqibəti GÖZLƏYİR?

155344

Ermənistanın “Joqovurd” qəzetinin yazdığına görə, Paşinyan hökuməti üçün təhlükə var: 

“İqtidar da, müxalifət də, ictimaiyyətin geniş təbəqəsi də bundan danışır. Təhlükənin haradan gəldiyi hələ görünməsə də, müxalifət partiyalarının gözləntiləri, Nikol Paşinyan və komanda yoldaşlarının təşviş və qorxusu faktdır”.

Nəşrin məlumatına görə, Nikol Paşinyan bütün komanda yoldaşlarına (nazirlər, deputatlar, partiyanın idarə heyətinin digər üzvləri) bir nəfər kimi məktublar yazmağı, beynəlxalq tərəfdaşlara zəng etməyi və Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək niyyətində olduğunu və onlara məlumat verməyi tapşırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan son “kozır”ını OYNADI – Nikolu Kremlin, yoxsa dar ağacının KÖLGƏSİ GÖZLƏYİR?


Qeyd edək ki, Paşinyanın Ermənistanın təhlükəsizliyinin yalnız Rusiyaya bağlı olmasının səhv addım olduğu barədə İtaliya nəşrinə verdiyi açıqlama, bu ölkədə keçirilən ABŞ-Ermənistan birgə hərbi təlimləri Moskvanın kəskin etirazına səbəb olub.

Bu fonda Putin də daxil olmaqla bir sıra Rusiya rəsmiləri erməni cəmiyyətini Paşinyana qarşı qaldıra biləcək bir sıra açıqlamalar veriblər. 

Məsələn, Rusiya Prezidenti Vladivostokda olan Şərq İqtisadi Forumunda Qarabağı Azərbaycan ərazisi kimi tanıyan dövlətin məhz Paşinyan hakimiyyəti olduğuna işarə vurub. Mövcud vəziyyətdə görünən odur ki, İrəvanla Moskva arasında münasibətlər gərginləşməyə doğru gedir. 

Belə olan halda, Paşinyanın devrilməsi ehtimalı nə dərəcədə realdır?

Bizim.Media-ya açıqlamasında politooq Elşən Mirzəoğlu bildirir ki, Paşinyan yürütdüyü mövcud siyasət nəticəsində özünün məngəyə salınaraq sıxıla biləcəyini unutmamalıdır: 

“Paşinyan iqtidarına təhlükənin olması ilə bağlı Ermənistan mətbuatının yazdığı məlumatlar heç şübhəsiz Paşinyan iqtidarının həyata keçirdiyi siyasətdən qaynaqlanır. Paşinyanı Qərbə inteqrasiya prosesini sürətləndirməyə dəvət edən ABŞ və Avropa Ermənistanın təhlükəsizliyinə də təminat verməliydilər. 2008-ci ilin avqustunda Qərbin Gürcüstanın təhlükəsizliyinə necə təminat verdiyini unutmamışıq.

O zaman ABŞ-ın verdiyi deklotariv təminat Gürcüstanın sabiq prezidentində Abxaziya və Cənubi Osetiya ilə bağlı problemləri güc tətbiq etməklə həll edə biləcəyi illüziyasını yaratdı. Amma onun nəticəsi olaraq Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərində faktiki suveren hüquqlarını da itirdi. 

Paşinyan bütün bunların müqabilində ona verilən vədlərə inanaraq, sürətlə Ermənistanı Moskvanın təsir dairəsindən çıxarmaq istəyir. Bu fonda aydın məsələdir ki, Qərb bölgədə öz geosiyasi maraqları uğrunda mübarizə apardığı kimi, Rusiya da buradakı 200 illik maraqlarından elə-belə imtina etməyəcək. Ermənistanın özündə də Rusiya ilə münasibətlərə önəm verən bəlli siyasi qüvvələr var”. 

Ekspert qeyd edib ki, Ermənistan qısa zamanda müvəffəqiyyətlə Qərbə inteqrasiya etməsi inandırıcı görünmür: 

“Digər tərəfdən, erməni cəmiyyətinin əhəmiyyətli hissəsinin dünyagörüşü sovetlər dönəmində formalaşıb. Belə olan halda İrəvanın qısa zamanda uğurla Qərbə inteqrasiya edəcəyini düşünmürəm. Paşinyan ölkəsinin Ukrayna olmadığını da nəzərə almalıdır. Ukrayna coğrafi anlamda Qərbə yaxındır və onun geopolitik əhəmiyyəti ABŞ üçün daha böyükdür. 

İrəvan Rusiyanın asanlıqla özünün bölgədəki maraqlarından imtina edəcəyini düşünürsə, 1998-ci ildə Ermənistanda baş verən hadisələri əməlli-başlı götür-qoy etsin. Rusiya İrəvanın bu hərəkətinə kənardan seyrçi kimi baxaraq qalmayacaq. Ermənistan onu da nəzərə almalıdır ki, İran da Qərbin bölgəyə transfer edilməsinə sakit baxmayacaq. Ermənistan iqtidarı hazırkı siyasətini davam etdirəcəyi təqdirdə, özünün məngəyə salınaraq sıxılacağını istisna etməməlidir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin