Prezident: “MDB dövlətlərinin prokurorlarının qarşısında mürəkkəb çağırışlar durur”

Hazırda oxunan: Prezident: “MDB dövlətlərinin prokurorlarının qarşısında mürəkkəb çağırışlar durur”

155299

Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının sentyabrın 15-də Bakıda keçirilən 33-cü iclasının iştirakçılarına məktub ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, dövlət başçısının məktubunda qeyd edilib:  

“Azərbaycan MDB-nin fəal üzvü olmaqla bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edir. MDB çərçivəsində təhlükəsizliyin və sabitliyin qorunması, əməkdaşlığın daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 

Hörmətli qonaqlar, qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi hər bir hüquqi dövlətin ali məqsədini təşkil edir.

Bu baxımdan, prokurorluq orqanlarının qanunçuluğun və hüquq qaydasının təmin edilməsində və möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə müstəsna rolu vardır. 

Transmilli mütəşəkkil cinayətkarlıq hər bir dövlətin sosial, iqtisadi və siyasi sabitliyi üçün ciddi təhlükədir. Müasir dünyada qlobal və regional təhlükələrin artdığı bir zamanda MDB iştirakçı dövlətlərinin prokurorlarının qarşısında yeni və mürəkkəb çağırışlar durur. Bu təhdidlər beynəlxalq hüquq mühafizə potensialının artırılmasını, qanunsuz şəbəkələrin zərərsizləşdirilməsi üçün birgə fəaliyyət göstərməyi, ənənəvi və yeni, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və digər cinayət növlərinin qarşısının alınmasını tələb edir”. 

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, iclas iştirakçılarının birgə səyləri dövrümüzün neqativ cərəyanlarına vaxtında reaksiya verməyə, dövlətlərimizin və vətəndaşlarımızın etibarlı müdafiəsini təmin etməyə imkan verəcək. 
Məktubda, həmçinin vurğulanıb ki, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı qorunmasına, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin