Qırğızıstanın Baş prokuroru Azərbaycana gəlib

Hazırda oxunan: Qırğızıstanın Baş prokuroru Azərbaycana gəlib

155233

Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə Qırğız Respublikasının Baş prokuroru Kurmankul Zuluşevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. 

Bizim.Media xəbər verir ki, Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə qonağı səmimi salamlayan Azərbaycan Respublikasının Baş prokuroru eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. 

Vurğulanıb ki Prezident İlham Əliyevin rəhbərliyi dövründə Türkdilli dövlətlərlə, o cümlədən eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik Qırğız Respublikası ilə əməkdaşlıq daha da inkişaf etdirilib, dostluq və tərəfdaşlıq münasibətləri möhkəmləndirilib. 
Azərbaycan və Qırğızıstan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror Kamran Əliyev bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb. 

Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Kurmankul Zuluşev göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib. 

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin