Bolqarıstan Milli Assambleyasının Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Həmid Həmid Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, məktubda Həmid Həmid son illər Cənubi Qafqaz regionunda cərəyan edən prosesləri diqqətlə izlədiyini bildirib, nəhayət regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması üçün zamanın yetişdiyini bildirib.
Məktubda Azərbaycanın öz ərazilərini erməni işğalından azad etdikdən sonra beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdiyi vurğulanıb. İstənilən anlaşmanın ölkələrin bir-birilərinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, daxili işlərə qarışmama kimi prinsiplər əsasında əldə olunmalı olduğu bildirilib.
Eyni zamanda, beynəlxalq tərəfdaşların fəal iştirakı ilə davam edən sülh danışıqlarına təhlükə yaradan bir sıra proseslərin baş verməsi təəssüf hissi ilə qeyd olunub.
Ermənistanın Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimə dəstəyini davam etdirməsi sülh danışıqlarına xələl gətirən və regionda vəziyyətin daha da gərginləşdirilməsinə yönəlmiş addım kimi dəyərləndirilib.
Beləliklə, məktubda bu qanunsuz rejim tərəfindən 2023-cü il sentyabrın 9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması və bugünkü dünyada qəbuledilməz hal olan təcavüzkar separatizmin təzahürü kimi qiymətləndirilib.
Dostluq qrupunun rəhbəri bu “seçkilər”in beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün qəti şəkildə dəstəklənməli olduğuna dair mövqeyini ifadə edib.
Sonda Həmid Həmid sülh prosesinə təhlükə yaradan istənilən addımın rədd edilməli və qarşısının alınmalı olduğunu bildirib.
O, beynəlxalq ictimaiyyəti Cənubi Qafqaza çoxdan gözlənilən sülh və sabitlik gətirəcək sülh danışıqlarının konstruktiv şəkildə davam etdirilməsini dəstəkləməyə çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:37 / 13.09.2023
Bolqarıstan parlamentinin üzvü: “Qarabağdakı “seçkilər” beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”
Hazırda oxunan: Bolqarıstan parlamentinin üzvü: “Qarabağdakı “seçkilər” beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”
Hazırda oxunan: Bolqarıstan parlamentinin üzvü: “Qarabağdakı “seçkilər” beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”
154909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.