“Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “prezident seçkiləri”ndən narahatıq. Bu “seçkilər” Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında bəyanatları ilə ziddiyyət təşkil edir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə Bolqarıstan Milli Assambleyasının sədri Rosen Jelyazkov deyib.
O qeyd edib ki, 1945-ci ildən sonra yaradılmış dünya nizamında ərazi bütövlüyü əsas rol oynayan prinsipdir.
Bu prinsipin pozulması asan həll oluna bilməyəcək konfliktlərin yaranmasına gətirib çıxarır.
Bildirilib ki, Azərbaycan və Bolqarıstan coğrafi baxımdan uzaq regionlarda yerləşsələr də, bu regionlarda bənzər hadisələr baş verib. Hazırda mövcud olan vəziyyət, sadəcə, bəyanatların səsləndirilməsini deyil, uzunmüddətli sülhü təmin edəcək sazişin imzalanmasını tələb edir.
Davranışlar səsləndirilən bəyanatlara uyğun olmalıdır. O, ölkəsinin Azərbaycanın sülh planını dəstəklədiyini bir daha bəyan edərək ümidvar olduğunu bildirib ki, vasitəçilərin də iştirakı ilə aparılan danışıqlar nəticəsində tezliklə sülh sazişi imzalanacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:18 / 12.09.2023
Rosen Jelyazkov: “Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin “seçkiləri”ndən narahatıq”
Hazırda oxunan: Rosen Jelyazkov: “Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin “seçkiləri”ndən narahatıq”
Hazırda oxunan: Rosen Jelyazkov: “Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin “seçkiləri”ndən narahatıq”
154896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.