“Qırğızıstan Azərbaycanın Qarabağ bölgəsində separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımır”.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Xankəndidəki qondarma “seçki”yə hansı ölkələr SƏSSİZ QALDI?
“Qarabağda baş verən hadisələrlə əlaqədar Qırğızıstan Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”, - deyə bəyanatda qeyd edilib.
Nazirlik əlavə edib ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə dəstəkləyir.
Bizim.Media