Zaxarova: "Xankəndinə yük həm Ağdamdan, həm də Laçından keçməlidir"

Hazırda oxunan: Zaxarova: "Xankəndinə yük həm Ağdamdan, həm də Laçından keçməlidir"

154854

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Ağdam-Xankəndi yolu ilə Azərbaycanın Qarabağ bölgəsinə keçməsinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.

Onun sözlərinə görə, Laçın və Ağdam marşrutlarının paralel olaraq açılması sxemi hazırlanırdı:

"Mövqelərin əhəmiyyətli dərəcədə fərqli və qarşılıqlı etimadsızlığın yüksək olduğunu nəzərə alsaq, bu iş heç də asan olmadı. Biz gözləyirik ki, əvvəllər əldə olunmuş razılığı nəzərə alaraq, yaxın gələcəkdə Ağdam marşrutu ilə paralel olaraq Laçın yolunun da bloku açılacaq və bundan sonra humanitar yardım hər iki istiqamətə müntəzəm olaraq maneəsiz şəkildə keçəcək.

Ümid edirik ki, bu yolla Qarabağda humanitar vəziyyət sabitləşəcək. Bu, öz növbəsində, Bakı ilə Xankəndi arasında dialoqun başlanmasına və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair 2020-2022-ci illər üçün üçtərəfli sazişlərin bütün kompleksinin ən yüksək səviyyədə həyata keçirilməsi üzrə ritmik işin bərpasına şərait yaradacaq", - deyə Zaxarova qeyd edib.
Xatırladaq ki, ilk addım olaraq sentyabrın 12-də “Rusiya Qırmızı Xaç” Ümumrusiya ictimai təşkilatının xətti ilə bölgəyə humanitar yardım partiyası çatdırılıb. Qarabağ sakinlərinə 15 tona yaxın ərzaq, şəxsi gigiyena vasitələri və yataq dəstləri verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin