Beynəlxalq təşkilatların SUSQUNLUĞU – “Heyvansevər”lər erməniləri itdən ÇOX SEVİRMİŞ...

Hazırda oxunan: Beynəlxalq təşkilatların SUSQUNLUĞU – “Heyvansevər”lər erməniləri itdən ÇOX SEVİRMİŞ...

154847

Ermənilər öz vəhşi əməllərini həyata keçirmək üçün hətta günahsız heyvanlardan belə istifadə etməyə başlayıblar. Belə ki, sentyabrın 11-i saat 08:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyri-qanuni erməni silahlı dəstələrinin bu əməlini “əxlaqsız terror aktı” kimi qiymətləndirib.

Dünyada bir sıra qeyri-hökumət təşkilatları və digər bu sayaq qurumlar var ki, onlar heyvanların müdafiəsilə məşğul olurlar. Bu təşkilatlar hər hansı bir yerdə heyvanlara və quşlara qarşı edilən vəhşiliklərə qarşı mübarizə aparırlar. Amma maraqlıdır ki, həmin “heyvansevər” təşkilatlar Xankəndidəki terrorçu rejimin heyvanlardan kamikadzə kimi istifadə etməsinə hələ də heç bir reaksiya verməyərək, göz yumurlar.

Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, yaranmış bu durum beynəlxalq təşkilatların, heyvan hüquqları ilə məşğul olan qurumlarln məsələlərə ikili, üçlü standartlarla yanaşmasının, ölkəmizə qarşı qərəzli mövqeyin, işğalçıları müdafiə etmələrinin göstəricisidir:
 

MÖVZU İLƏ BAĞLI:

Separatçılar itə partlayıcı bağlayıb əsgərlərimizin üstünə göndərdilər - FOTO 


“Bu beynəlxalq qurumların, məsələyə növbəti bir qərəzli yanaşmasıdır. Heyvan hüquqları ilə məşğul olan təşkilatlar, təbiətsevərlər harda baş verməsindən asılı olmayaraq, hər hansı bir heyvana xətər yetirilən kimi, aləmi bir-birinə qatırlar. Ancaq ermənilərin itdən kamikadze kimi istifadə etməsi fonunda həmin qurumlar lal-kar olurlar. 

Ermənilər 1988-ci ildən başlayaraq, Azərbaycan dövləti və xalqına qarşı çoxsaylı amansızlıqlar, vəhşilik, kütləvi qırğın və soyqırım törədiblər. Tarixi abidələri, dini yerləri dağıdıblar.

Amma bu illər ərzində Qərb dövlətləri bir dəfə də olsun ermənilərə etirazlarını bildirmədilər. Bu isə məsələlərə ikili, üçlü standartlarla yanaşmanın, ölkəmizə qarşı qərəzli mövqeyin, işğalçıları müdafiə etməyin göstəricisidir. 

Keçən əsrin 90-cı illərində ermənilər həmin hərəkəti azərbaycanlı əsirlərlə edirdi. Bədənlərinə zəhərli kimyəvi maddələr vurub göndərirdilər. Bir neçə gündən sonra isə həmin insanlar şəhid olurdu. Xocalı soyqırımı zamanı da ermənilərin belə vəhşiliklərinin şahidi olduq. Əsirlərimizdən də canlı minalar kimi istifadə edib, Azərbaycan tərəfə göndərirdilər. 

İtdən kamikadze kimi istifadə etmələri də ermənilərin növbəti fitnəkarlığıdır. Beynəlxalq qurumlar ermənilərin bu cür vəhşiliklərinə münasibət bildirməyəcək. Bu isə bölgədə gərginliyin artmasına səbəb olan hərəkətlərdən biridir.
Ermənilər bütün etdikləri vəhşi əməllərinə görə cəza almayıblar. Bu gün də o cür hesab edirlər. Düşünürlər ki, onları heç kim qınamayacaq. Ancaq unudurlar ki, başlarının üstündə “dəmir yumruq” hazırdır. Başlarını qaldıran kimi, “dəmir yumruğu” işə salacağıq”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin