Hikmət Hacıyev: “Ermənilərin itdən sui-qəsdçi kimi istifadəsi əxlaqsızlıqdır" - FOTO 

Hazırda oxunan: Hikmət Hacıyev: “Ermənilərin itdən sui-qəsdçi kimi istifadəsi əxlaqsızlıqdır" - FOTO 

154722

“Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd edən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin bu əməli əxlaqsız terror aktıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” (hazırki “X”) hesabında yazıb.
 


MÖVZU İLƏ BAĞLI:

Separatçılar itə partlayıcı bağlayıb əsgərlərimizin üstünə göndərdilər - FOTO 
 


“Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin uzaqdan idarəolunan partlayış bombası ilə təchiz edilmiş itlərdən istifadə etməklə Azərbaycan forpostuna qarşı növbəti əxlaqsız terror aktı. Əxlaqsızlıq sərhəd tanımır!”, - H. Hacıyev qeyd edib. 



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin