Azərbaycan-Macarıstan əlaqələrinin gücləndirilməsi üçün sahələr açıqlanıb - FOTO 

Hazırda oxunan: Azərbaycan-Macarıstan əlaqələrinin gücləndirilməsi üçün sahələr açıqlanıb - FOTO 

154716

Azərbaycan və Macarıstan arasında energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və hər iki ölkə bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görür.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Macarıstanın Baş naziri Viktor Orban ilə bu ölkəyə səfər çərçivəsində keçirilən görüş zamanı bildirilib.

Qəbulda Macarıstanla aparılan müzakirələrin vacibliyi vurğulanıb, əldə edilən razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub, Azərbaycan-Macarıstan münasibətlərinin inkişaf dinamikası, iqtisadi əməkdaşlığın perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri barədə fikir mübadiləsi aparılıb.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və iqtisadi inkişaf naziri Marton Nadın da iştirak etdiyi görüşdə Viktor Orban ölkəsinin enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığının əhəmiyyətinə toxunub, həmçinin bir sıra Macarıstan şirkətlərinin fəaliyyətinin Azərbaycanda uğurla genişləndiyini, digər macar şirkətlərinin də Azərbaycanda investisiya planlarının gündəlikdə olduğunu qeyd edib.

Səfər çərçivəsində M. Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə də görüşüb. 

Tərəflər Azərbaycan-Macarıstan əlaqələrinin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını, hər iki ölkə rəhbərliyinin əməkdaşlığın inkişafına, mövcud potensialdan səmərəli istifadəyə xüsusi önəm verdiklərini vurğulayıblar.

Görüşdə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə də məlumat verilib, Macarıstan şirkətləri ölkəmizin əlverişli biznes mühitindən, tranzit potensialından yararlanmağa dəvət edilib. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin