Sülhəddin Əkbər və Əhməd Orucun partiyaları BURAXILACAQ? – AÇIQLAMA 

Hazırda oxunan: Sülhəddin Əkbər və Əhməd Orucun partiyaları BURAXILACAQ? – AÇIQLAMA 

154687

Artıq partiyalar haqqında yeni qanunun tələblərinə müvafiq olaraq, qeydiyyatla bağlı müraciət edən siyasi təşkilatların mütləq əksəriyyətinə cavab verilib. Bu günə qədər 22 siyasi partiyaya üzvlərin reyestri ilə bağlı müsbət cavab verilib. Amma bir neçə siyasi təşkilata Ədliyyə Nazirliyi tərəfindən hələlik hər hansı bir cavab verilməyib. 

Görəsən, qeydiyyat müraciətləri hələ də cavabsız qalan partiyalarda durum necədir?

Bizim.Media-ya açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirir ki, hələlik onların qeydiyyatla bağlı müraciətinə cavab verilməyib:
 

MÖVZU İLƏ BAĞLI:

Qeydiyyatsız fəaliyyət göstərən partiyalar CƏRİMƏLƏNƏCƏK 


“Hələlik, üzvlərimizin reyestri üçün göndərdiyimiz sənədlərlə bağlı təşkilatımıza Ədliyyə Nazirliyi tərəfindən heç bir cavab müraciəti daxil olmayıb. Avqustun 21-dən sənədləri qaydaya salaraq, təqdim etmişik. 5800-5900 üzvümüzün siyahısını təqdim etmişik. Hələlik isə heç bir cavab yoxdur. Gözləyirik”. 

Azərbaycan Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə qeyd edir ki, ümumiyyətlə prosesdə iştirak etməyiblər:

“Təşkilatımız lazım olan qədər üzvə malik olmadığından üzvlərin reyestrilə bağlı müvafiq quruma ümumiyyətlə sənəd təqdim etməmişik”. 

Qeydiyyatı təsdiq olunan partiyalar isə bunlardır:

Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev), Ağ Partiya (sədr Tural Abbaslı), Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı), Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev), Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev), Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı), Haqq Ədalət Partiyası (sədr Əli İnsanov), Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə), Ümid Partiyası (sədr İqbal Ağazadə), Böyük Azərbaycan Partiyası (sədr Elşad Musayev), Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu), Yeni Zaman Partiyası (sədr Musa Ağayev) Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn), Vəhdət Partiyası (sədr Tahir Kərimli), Azad Vətən Partiyası (sədr Akif Nağı), Müsavat Partiyası (sədr Arif Hacılı), ReAL Partiyası (sədr İlqar Məmmədov), Müasir Müsavat Partiyası (sədr Hafiz Hacıyev), Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Əli Kərimli), Azərbaycan Demokratik Maarifçilik Partiyası (sədr Elşən Musayev), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Qüdrət Həsənquliyev), Demokratik İslahatlar Partiyası (sədr Asim Mollazadə).

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin