Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də baş tutmayıb.
Bizim.Media xəbər verir ki, bu gün ərzində Rusiyadan gələn yük, hansı ki saat 10 radələrində Ağdama Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi.
Lakin axşam saatları olmasına baxmayaraq, hələ də keçid baş tutmayıb. Artıq 12 saatdır çatır ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir.
Keçidin ləngiməsinə səbəb Qarabağdakı separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi ilə yanaşı Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqinin nəticəsi kimi qiymətləndirilir.
Eyni zamanda, əldə etdiyimiz məlumata görə, Laçın Sərhəd Buraxılş Məntəqəsinin yaxınlığında Ermənistan ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin bir tırı hazır dayanır.
Baxmayaraq ki, Azərbaycan tərəfi onun sərhəddən keçidini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təmin etməyə hazırdır, Qarabağ separatçıları həm də bu yükü qəbul etmək istəmirlər.
Çünki bu halda Beynəlxalq Qızıl Xaç Komitəsinin bir tırı paralel olaraqAğdam yolundan Əsgəran istiqamətinə daxil olmalıdır, separatçılar isə bundan imtina edirlər.
Beləliklə, Qarabağ separatçılarının tamamilə qeyri-adekvat davranışı göz önündədir. Onlar nə Rusiyadan, nə də Beynəlxalq Qızıl Xaç Komitəsindən yükləri qəbul etmək fikrində deyillər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:30 / 10.09.2023
Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili 12 saatdır ki, Bərdədə dayanır
Hazırda oxunan: Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili 12 saatdır ki, Bərdədə dayanır
Hazırda oxunan: Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili 12 saatdır ki, Bərdədə dayanır
154541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.