Bu gün ərzində Rusiyadan gələn yük, hansı ki, saat 10 radələrində Ağdama çatmalı idi, hələ də Bərdədə dayanır. Əsas səbəb isə həmin yükün Qarabağ separatçıları tərəfindən qəbul edilməməsidir.
Bizim.Media xəbər verir ki, eyni zamanda Laçın sərhəd-buraxılış məntəqəsinin yaxınlığında Ermənistan ərazisində BQXK-nın bir tırı hazır dayanır.
Baxmayaraq ki, Azərbaycan tərəfi onun sərhəddən keçidini Azərbaycan Respublikasının qanunveriçiliyinə uyğun şəkildə təmin etməyə hazırdır, Qarabağ separatçıları həm də bu yükü qəbul etmək istəmirlər. Çünki bu halda BQXK-nın bir tırı paralel olaraq Ağdam yolundan da Əsgəran istiqamətinə daxil olmalıdır, separatçılar isə bundan imtina edirlər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:17 / 10.09.2023
Rusiyadan gələn yük hələ də Bərdədə dayanır - Separatçılar qəbul etmir
Hazırda oxunan: Rusiyadan gələn yük hələ də Bərdədə dayanır - Separatçılar qəbul etmir
Hazırda oxunan: Rusiyadan gələn yük hələ də Bərdədə dayanır - Separatçılar qəbul etmir
154535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.