Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağdakı qondarma seçkiləri pisləyən ölkələrə və təşkilatlara təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Pakistan XİN separatçıların qondarma "prezident seçkisini" pislədi
"Türkiyə XİN, Moldova XİN, Ukrayna XİN, Pakistan XİN, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa Xarici Fəaliyyət Xidməti, Böyük Britaniyanın Azərbaycandakı səfiri Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” pisləməklə bağlı mövqeyinizi yüksək qiymətləndiririk", - Ayxan Hacızadə sosial şəbəkə hesabında qeyd edib.
We appreciate your stance of condemnation of illegal “elections” in Garabagh region #Azerbaijan:@MFATurkiye @MoldovaMFA @MFA_Ukraine @ForeignOfficePk @Turkic_States @eu_eeas @OIC_OCI @FergusAuldFCDO
— Aykhan Hajizada (@Aykhanh) September 10, 2023
We hope others will stand too for protection of norms and principles of IL. pic.twitter.com/KAoC8jZjjU
Bizim.Media