Qərbi Azərbaycan İcması Argentina Prezidentinin sentyabrın 9-da səsləndirdiyi qərəzli fikirləri kəskin şəkildə pisləyib.
Bu barədə Bizim.Media-ya İcmadan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Pakistan XİN separatçıların qondarma "prezident seçkisini" pislədi
“Hiss olunur ki, Argentina Prezidenti ya məsələnin mahiyyətindən xəbərsizdir, ya da erməni diasporunun və ya son vaxtlar “parlamaqda” olan Luis Okampo, Xuan Mendez kimi azərbaycanofob həmvətənlərinin təsiri altında dini təəssübkeşlikdən çıxış edir”, deyə məlumatda bildirilib.
Qərbi Azərbaycan İcması Argentinanı beynəlxalq hüquqa hörmət etməyə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə ikili standartlar prizmasından yanaşmamağa çağırıb.
“Hesab edirik ki, Argentina Prezidenti başqa ölkənin daxili işlərinə kobud müdaxilə etməkdənsə, diqqətini öz ölkəsinin ağır sosial-iqtisadi problemlərinin həllinə yönəltməlidir”, - deyə İcmanın açıqlamasında qeyd edilib.
Bizim.Media