Ədliyyə Nazirliyi ReAL-ın qeydiyyatını TƏSDİQLƏDİ

Hazırda oxunan: Ədliyyə Nazirliyi ReAL-ın qeydiyyatını TƏSDİQLƏDİ

154402

Ədliyyə Nazirliyi Respublikaçı Alternativ Partiyasının üzvlərinin reyestrini təsdiqləyib.

Bu barədə Bizim.Media-ya ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli məlumat verib. 

Bununla da təkrar qeydiyyata alınan partiyaların sayı 17-ə çatıb.

Həmin partiyalar bunlardır: 

Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev),  Ağ Partiya (sədr Tural Abbaslı),  Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı),  Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev), Milli Cəbhə Partiyası (sədr Razi Nurullayev),  Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı),  Haqq Ədalət Partiyası (sədr Əli İnsanov),  Azərbaycan Milli İstiqlal Partiyası (sədr Arzuxan Əlizadə), Ümid Partiyası (sədr İqbal Ağazadə), Böyük Azərbaycan Partiyası (sədr Elşad Quliyev), Azərbaycan Demokrat Partiyası (sədr Sərdar Cəlaloğlu), Azərbaycan Xalq Partiyası (sədr Pənah Hüseyn), Vəhdət Partiyası (sədr Tahir Kərimli) və  Azad Vətən Partiyası (sədr Akif Nağı), Müsavat Partiyası (sədr Arif Hacılı), ReAL Partiyası (sədr İlqar Məmmədov). 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin