Cahit Bağçı: “Azərbaycanın ərazi bütövlüyü, humanitar sahədəki səyləri dəstəklənməlidir” - FOTO 

Hazırda oxunan: Cahit Bağçı: “Azərbaycanın ərazi bütövlüyü, humanitar sahədəki səyləri dəstəklənməlidir” - FOTO 

154334

“Biz Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinin öz suverenliyi və ərazi bütövlüyü çərçivəsində ehtiyaclarını ödəmək üçün göstərdiyi yardım səylərini dəstəkləyirik”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün “Twitter” (hazırki “X”) hesabında qeyd edib. 

“Türkiyə hesab edir ki, regionda sülhün və sabitliyin təmin olunması üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar sahədəki səyləri dəstəklənməlidir.

Vəziyyəti daha da gərginləşdirəcək bəyanatlardan və hərəkətlərdən çəkinmək lazımdır”, - deyə diplomat bildirib. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin