Erməni yalanının İFŞASI – Blokada varsa, 9 avtomobil Laçından necə KEÇDİ?

Hazırda oxunan: Erməni yalanının İFŞASI – Blokada varsa, 9 avtomobil Laçından necə KEÇDİ?

154272

“Ermənistanın və separatçı Xankəndi rejiminin beynəlxaql ictimaiyyət qarşısında uydurduğu və apardığı humanitar blokada şousu artıq bütün gerçəyi ilə dünya ölkələrinə aydın olmaqdadır. Azərbaycan dövləti bölgədə yaşayan ermənilərin sosial rifahı üçün bütün imkanları ortaya qoyub, özü humanitar missiyanın həyata keçirilməsində bilavasitə iştirak edir”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, eyni zamanda, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidini təmin edir:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Laçından növbəti MANEƏSİZ KEÇİDİ – FOTO  


"Bu gün (sentyabrın 8-də) “Laçın” sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi ilə 30 nəfərin məntəqədən maneəsiz keçidinə şərait yaradılması da bir daha bunu təsdiq edir. Bu fakt bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir". 

A.Hüseynov qeyd edib ki, artıq xarici ölkələrin və beynəlxaql təşkilatların səfirləri və mühüm dövlət xadimləri, xarici siyasət idarələrinin rəhbərləri Azərbaycanın yaratdığı real vəziyyəti yerində görür və Ermənistanın davam təxribatlarının mahiyyəti barədə əsil həqiqətlərlə tanış olurlar:

"Bu situasiyanı son günlər müxtəlif ölkələrin xarici işlər nazirləri ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun görüşləri və telefon danışıqları zamanı da müşahidə edirik. Cənab Ceyhun Bayramovun Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Beerbok ilə telefon danışı zamanı da biz ermənilərin iddialarını əsassız olmasının Almaniya hökuməti tərəfindən anlaşıldığının şahidi olduq. 

Bu ölkə Azərbaycan hökuməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadənin təşkilinə dair təşəbbüslərini müsbət qarşılamaqla Azərbaycanla həmrəyliyini bölüşdü. Bütün bunlar isə bir daha Ermənistanın və Xankəndindəki qondarma rejim tərəfindən humanitar vəziyyət barədə oratay atılan iddiaların saxta olduğunu sübuta yetirir".

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin