Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı cinayət işi AÇILDI  

Hazırda oxunan: Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı cinayət işi AÇILDI  

154232

1988-1991-ci ildə azərbaycanlıların öz doğma torpaqlarından məcburi deportasiya edilməsi faktı ilə bağlı 2500-dən çox zərərçəkmiş şəxs prokurorluq orqanları tərəfindən dindirilib. 

Bizim.Media xəbər verir ki, bunu Baş Prokurorluğun “İnstaqram” sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. 

O bildirib ki, ümumiyyətlə azərbaycanlılar indiyə qədər 4 mərhələli deportasiya məruz qalıb: 

“Bunların hamısı prokurorluq orqanları tərəfindən araşdırılır. Həmin deportasiyalar zamanı 100 minlərlə azərbaycanlı öz doğma yurdlarından qovulub.

Onların bir çoxu xüsusi amansızlıqla qətlə yetirilib. Əmlakları əllərindən alınıb. Hazırda yaxın tarix sayılan 1988-1991-ci illərdə azərbaycanların deportasiya edilməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Hələ də araşdırmalar aparılır, dindirmələr həyata keçirilir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin