"Növbəti 2-3 il ərzində bütün ölkəni DOST mərkəzlərinin xidmətləri ilə əhatə etmək əsas hədəflərdəndir".
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu gün 50 % əhalini təmin edə bilirik:
"Mərkəzlərin sayı azdır. İstəyimiz bütün regionlarda mərkəzlərin sayını artırmaqdır. Hətta mərkəzin xidmətlərindən istifadə edənlərin məmnunluq səviyyəsi də olduqca yüksəkdir. Bu gün DOST modelinin üzərində iş aparılır. Yaxın gələcəkdə DOST konsepsiyası daha yaxşı tanınma əldə edəcək".
"DOST konsepsiyasının beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir, DOST Agentliyi 13 beynəlxalq mükafata və sertifikata layiq görülüb, bir çox ölkələr DOST təcrübəsini tətbiq etməyə maraq göstərir.
Ümumilikdə, Azərbaycanda son 5 ildə aparılan sosial islahatların uğurları təkcə keçən il və bu ilin ötən dövründə 40-a yaxın beynəlxalq mükafat və sertifikatla təltif edilib", - deyə Sahil Babayev əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:52 / 07.09.2023
Nazirdən DOST mərkəzləri ilə bağlı açıqlama: "Növbəti 2-3 il ərzində..."
Hazırda oxunan: Nazirdən DOST mərkəzləri ilə bağlı açıqlama: "Növbəti 2-3 il ərzində..."
Hazırda oxunan: Nazirdən DOST mərkəzləri ilə bağlı açıqlama: "Növbəti 2-3 il ərzində..."
154044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.