Bakıda beynəlxalq konfransa start verildi - 50 xarici qonaq iştirak edir

Hazırda oxunan: Bakıda beynəlxalq konfransa start verildi - 50 xarici qonaq iştirak edir

154038

Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə baş tutub

Konfransda 50 xarici, 110 yerli qonaq, eləcə də 40 beynəlxalq təşkilat iştirak edir.

Konfrans iki plenar və üç paralel iclasdan ibarət olmaqla yerli və beynəlxalq ekspertlərin müxtəlif mövzularda təqdimat, panel müzakirə və çıxışları ilə davam edəcək.

Konfransın məqsədi yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində surətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Həmçinin, vahid platforma üzrə mövcud təcrübələrin bir araya gətirilməsi, trendlərin müəyyən edilməsi, qlobal məqsədlərin formalaşdırılması, DOST konsepsiyasının yerli və qlobal miqyasda tanınma səviyyəsininin artırılması, müsbət və mənfi təcrübələrdən faydalanılması, DOST Agentliyinin uğurla nəticələnmiş layihələrinin və fəaliyyətlərinin gündəmə gətirilməsi, eləcə də DOST xidmətləri barədə ictimaiyyətin məlumatlandırılması konfransın əsas məqsədlərindəndir.

Əsas hədəf qrupuna dövlət qurumlarında, özəl sektor təşkilatlarında, beynəlxalq təşkilatlarda, diplomatik nümayəndəliklərdə çalışan, o cümlədən, ali təhsil müəssisələrində təhsil alan və çalışan şəxslər aiddir.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin