Prezidentin Şuşadan çıxışı dünyaya sülh çağırışıdır

Hazırda oxunan: Prezidentin Şuşadan çıxışı dünyaya sülh çağırışıdır

15400

Politoloq izah etdi ki, bu addım həm də Azərbaycanın gücünü sərgiləyir.

"Dövlət başçısı öz çıxışı ilə bütün dünyaya bəyan etdi ki, Şuşa Qarabağın paytaxtıdır, tacıdır və Qarabağ uğrunda döyüşən bütün əsgər və zabitlər qəhrəmandırlar. Çünki Şuşanı azad etmək çox mürəkkəb bir proses idi".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Cıdır düzündən xalqa müraciəti - VİDEO


O, Prezident İlham Əliyevin Novruz Bayram təbrikini məhz Şuşada səsləndirməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Prezident bununla dünyaya mesaj verdi. O, bildirdi ki, biz öz əzəli torpaqlarımıza qayıtmışıq. Əgər kimsə revanşist şüarları ilə çıxış edirsə və düşünür ki, nəyisə qaytara bilər, o qüvvələr çox yanılır.


Bizim ordumuz güclüdür və hər zaman da belə olacaq. Bundan başqa Dövlət başçısı Novruz bayramının ilk günündə tarixi ərazimiz olan Cıdır düzündə Azərbaycan xalqını təbrik etdi. Bu simvolik xarakter daşıyırdı. Bununla o, reallığa uyğun yenidən öz torpaqlarımızda olmamız haqqında təsdiq nümayiş etdirdi".

Politoloq həmçinin qeyd edib ki, Prezidentin Şuşadan çıxışı dünyaya sülh çağırışıdır.
 

"Prezident işğaldan azad olunan torpaqların bərpası üçün yeni planlar haqqında danışaraq, inamlı şəkildə Azərbaycanın bir çox addımlarının sülhə, təhlükəsizliyə yönəldiyini qeyd edib.


Həmçinin o, azərbaycanlıların ora qayıdıb yaşaması üçün bərpa işlərinin getdiyini də vurğulayıb. Bununla da İlham Əliyev bunun bizim əsas strateji məqsədimiz olduğunu bildirib".

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin