“Sülh müqaviləsinin imzalanması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib
Blinken Bakı ilə Xankəndi arasında birbaşa təmasları dəstəklədiklərini vurğulayıb.
Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media