Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının \"B\" planı var - Ceyhun Bayramov 

Hazırda oxunan: Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının \"B\" planı var - Ceyhun Bayramov 

153942

“Ermənistan Zəngəzur dəhlizinin açılması layihəsinə qeyri-konstruktiv yanaşmasını davam etdirsə, Bakının bunun üçün “B” planı var".

Bizim.Media xəbər verir ki, bu fikirləri Macarıstanda rəsmi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov yerli “Magyar Demokrata” nəşrinə müsahibəsində səsləndirib.

“Hansısa anda elə hiss yaranır ki, biz işi başa çatdırmağa yaxınlaşırıq,  Ermənistan yeni nəsə irəli sürür və proses dalana dirənir.
İrəvanın bu cür yanaşması həmin ölkənin öz iqtisadiyyatını düzəltmək üçün sərfəli fürsəti əldən verməsi ilə nəticələnə bilər, çünki yol Ermənistandan yan keçə bilər.

Azərbaycan “B” planına malik olmaqla bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bizim üçün isə layihə hətta Ermənistanın iştirakı olmadan da həyata keçiriləcək, lakin bu halda İrəvan sadəcə olaraq benefisiarlar (faydalanan) siyahısından çıxacaq”, - deyə nazir yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin