Separatçıların “seçki” ŞOUSU – “Həmin gün antiterror əməliyyatı BAŞLAYA BİLƏR”

Hazırda oxunan: Separatçıların “seçki” ŞOUSU – “Həmin gün antiterror əməliyyatı BAŞLAYA BİLƏR”

153898

Arayik Arutyunyanın istefasından sonra Qarabağdakı erməni separatçılar sentyabrın 9-da qondarma prezident seçkiləri keçirmək qərarına gəliblər. 

Ermənistanın "Joxovurd" nəşrinin yazdığına görə, separatçılar həmin “posta” “parlamentin spikeri” David İşxanyanın və “dövlət naziri” Samvel Şahramanyanın namizədliyi nəzərdən keçirilir. 

Şahramanyanın terrorçu rejimin keçmiş rəhbəri Bako Saakyanın kadrı olduğu deyilir. İşxanyan isə birinci Qarabağ savaşında terrorçular tərəfində döyüşüb. O həmçinin, Daşnakstyun terror təşkilatının Qarabağ nümayəndəliyinin rəhbəridir. Əgər Araikin yerini tutacaq adamı birinci turda, 2/3 səs çoxluğu ilə “seçmək” mümkün olmasa, qondarma rejimin rəhbəri ikinci turda sadə “səs çoxluğu” ilə müəyyən ediləcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan rus hərbi bazasınının əvəzinə Qərbdən təhlükəsizlik zəmanəti alıb - Erməni bloger


Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, Azərbaycan Qarabağdakı terrorçuların “seçki” şousunu pozmaq üçün antiterror əməliyyatına başlamalıdır:

“Separatçı rejimdə keçirilməsi gözlənilən bu seçkilər qeyri-qanunidir. Təbii ki, qondarma rejimin “rəhbəri” vəzifəsinə namizədliyi verilənlərin heç birini qəbul etmirik.

Azərbaycan belə bir saxta seçkinin baş tutmamasının tərəfdarıdır və çalışacaq ki, həmin qondarma oyun baş tutmasın. 

Namizədliyi verilən İşxanyan və Şahramanyanın hər ikisi də separatçıdır, əlləri Azərbaycan xalqının qanına batıb. Onlardan Şahramanyan Araik Arutyunyanın namizədidir. İkincisinin isə “Qarabağ klanı”na bağlı olduğu bildirilir. Onların bu uydurma seçkisi baş tutmayacaq. Azərbaycan bu “seçkini” pozmalıdır. Onu pozmaq üçün Azərbaycan ərazidə antiterror əməliyyatına başlaya bilər”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin