Azərbaycanın müdafiə naziri Pakistana başsağlığı verib

Hazırda oxunan: Azərbaycanın müdafiə naziri Pakistana başsağlığı verib

153812

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə başsağlığı ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, başsağlığında deyilir:  

"Bəlucistan əyalətinin Qvadar şəhərində helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının şəhid olması haqqında məlumat məni dərindən kədərləndirir.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin." 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin