Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı növbəti dəfə dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sülhməramlıların komandanı vəzifəsinə general-mayor Kulakov Kirill Denisoviç təyin edilib.
General-polkovnik Aleksandr Lentsovun yerinə təyin edilən Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.
Qeyd edək ki, Lentsov cari il aprelin 25-də Andrey Volkovun yerinə təyin edilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:36 / 04.09.2023
Sülhməramlıların komandanı növbəti dəfə DƏYİŞDİ
Hazırda oxunan: Sülhməramlıların komandanı növbəti dəfə DƏYİŞDİ
Hazırda oxunan: Sülhməramlıların komandanı növbəti dəfə DƏYİŞDİ
153653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.