ABŞ Senatında ermənilərlə bağlı Baydenə hücumlar başladı – “Siz bunu bir dəfə etmisiniz”

Hazırda oxunan: ABŞ Senatında ermənilərlə bağlı Baydenə hücumlar başladı – “Siz bunu bir dəfə etmisiniz”

15362

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, konqresmenlər indidən ABŞ prezidentindən sözdə erməni soyqırımı ilə bağlı qərar verməyə təkid etməyə başlayıblar.

Onlar bunun üçün əsasın olduğunu da göstəriblər: “Siz, 2020-ci ildə 1915-ci il hadisələri ilə əlaqədar soyqırım sözünün istifadə etmisiniz”.

Komitə həmçinin 2019-cu ildə həm Nümayəndələr Palatası, həm də Senatın Erməni Soyqırımını tanıyan qətnamələr qəbul etdiyini də prezidentə xatırladıblar.

Məktubun sonunda sentorlar "İndi ABŞ hakimiyyətinin bunu etmə vaxtı gəldi" deyə qeyd ediblər.

Qeyd edək ki, ABŞ- da hər dəfə yeni administrasiya hakimiyyətə gələndə, erməni qüvvələri soyqırım məsələsini gündəmə gətirirlər. Lakin  indiyə qədər bu qərar heç bir administrasiya tərəfindən qəbul edilməyib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin