"Aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq" – Azərbaycan XİN

Hazırda oxunan: "Aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq" – Azərbaycan XİN

153315

"Təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların əks olunduğu 2 sentyabr tarixli bəyanatına dair şərhində əksini tapıb.

Bildirilib ki, bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir.

"Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaqdır", - XİN-dən qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin