Baş katib: “Gətirdiyimiz yükü Xankəndidəki erməniəsilli şəxslərə çatdırmaqda israrlıyıq”

Hazırda oxunan: Baş katib: “Gətirdiyimiz yükü Xankəndidəki erməniəsilli şəxslərə çatdırmaqda israrlıyıq”

153262

“Gətirdiyimiz ərzaq yükünü Xankəndidəki erməniəsilli şəxslərə çatdırmaqda israrlıyıq”. 

Bizim.Media xəbər verir ki, bunu report-a Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev hazırki vəziyyətlə bağlı məlumat verərkən deyib. 

O bildirib ki, artıq axşam saatlarıdır və hələ də gözləmə mövqeyindədirlər:  

“Dörd gündür ki, gözləyirik. Müəyyən problemlər üzündən biz gətirdiyimiz 40 ton unu Qarabağ iqtisadi zonasında olan erməniəsilli sakinlərə təhvil verə bilməmişik. Amma bu istiqamətdə israrlıyıq. Nə qədər lazımdırsa, biz burda gözləyəcəyik.  
Məqsədimiz məramımız bəllidir. Gətirdiyimiz gördüyünüz 2 TIR 40 ton unu Qarabağ iqtisadi zonasında yaşayan erməni sakinlərinə çatdıraq. Çatdırmasaq əlbəttə bu ərazidən getməyəcəyik. Bu gün danışıqlar aparıldı amma gördüyünüz kimi nəticə yoxdur”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin