"Azərbaycan XİN səfirliyə qarşı törədilən hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edib".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Azərbaycanın Livandakı səfirliyinə HÜCUM ETDİ - FOTO
“Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır” – məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.
Bizim.Media