“Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik” – AzQAC-ın prezidenti 

Hazırda oxunan: “Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik” – AzQAC-ın prezidenti 

152974

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən humanitar yükün ünvana çatdırılması məqsədilə danışıqlar aparılır. Texniki məsələləri həll edəndən sonra yardımları həyata keçirəcəyik”. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AzQAC-ın prezidenti Novruz Aslan deyib. 

“Sülhməramlı qüvvələrlə mütəmadi olaraq danışıqlar gedir. Bizim tərəfdaşlarımız da prosesi izləyirlər, lazım olanda onlar da prosesə qoşula bilərlər. İnanıram ki, bu məsələ yaxın vaxtda öz həllini tapacaq”, - deyə N. Aslan qeyd edib. 

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. 
Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin