“Ermənilər yardımdan imtina etsə, yalanları bütün dünyaya aydın olacaq” – Elmar Məmmədyarov 

Hazırda oxunan: “Ermənilər yardımdan imtina etsə, yalanları bütün dünyaya aydın olacaq” – Elmar Məmmədyarov 

152940

“Azərbaycanın Qarabağdakı ermənilərə humanitar yardım göstərməsi həm beynəlxalq hüquq, həm də Azərbaycan qanunları baxımından tamamilə düzgündür. Çünki, Azərbaycan dinindən və irqindən asılı olmayaraq öz ərazisində yaşayan və hansısa çətinliklə üzləşən bütün insanlara hər zaman arxa durub”. 

Bunu Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya sülhməramlıları Ağdam-Xankəndi yoluna tikanlı məftillər DÜZDÜ - VİDEO


O bildirib ki, Xankəndidəki rejimdən əziyyət çəkən ermənilərə Azərbaycan yardım əli uzadıb: 

“Bu həm də ermənilərin beynəlxalq aləmdə apardıqları yalançı kampaniyalarına qarşı bir addımdır. Əgər həqiqətən də Xankəndidəki ermənilər acından ölürlərsə, onda buyursunlar bizim yardımlarımızdan faydalansınlar. Əgər ermənilər bizim yardımımızdan imtina edəcəklərsə, onda bütün dünyaya aydın olacaq ki, ermənilər yalan danışır. Onlar humanitar yox, siyasi mübarizə aparırlar”.  

Elmar Məmmədyarov Fransanın “humanitar yardım”ına da toxunub: 

“Parisin meri Ann Hidalqo qatı ermənipərəstdir. Onun gətirdiyi yardımı da erməni diasporu təşkil edib. Amma bu yardım humanitar məqsədli deyil. Fransa bu yardım kampaniyasından öz siyasi maraqları üçün istifadə etmək istəyir. Əgər Fransa öz əməlində səmimidirsə və Xankəndidəki ermənilərin vəziyyətindən narahatdırsa, onda rəsmi Paris Azərbaycana müraciət etməlidir. Və Azərbaycanın razılığı ilə humanitar yardım Bakıya və yaxud Gəncəyə gətirilməli, daha sonra da Xankəndinə daşınmalıdır.

Necə ki, Azərbaycan Ukraynaya etdiyi yardımlara görə ilk növbədə rəsmi Kiyevə müraciət edir. Ukrayna hökümətinin razılığı alınandan sonra isə Azərbaycan öz yardımlarını göndərir.  

Amma Fransa bunun tərsini edir. Azərbaycan ərazisinə yardım göndərir, amma danışıqları Ermənistanla aparır. Bu siyasi şoudur. Bunun humanizmi ilə heç bir əlaqəsi yoxdur”. 

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin