İran və Ermənistan Azərbaycan və Türkiyəyə qarşı öz çirkin niyyətlərindən əl çəkmir. Bu müstəvidə də onlar daim çalışırlar ki, regionda vəziyyət gərgin olaraq qalsın.
Bu günlərdə Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyi ilə tanınan bədnam iranlı ekspert Ehsan Movəhhediyan özünün sosial media hesabında İrəvan Dövlət Universitetinin İranşünaslıq fakultəsinin dekanı Vardan Voskanyan “İran” qəzetinə müsahibəsini yayıb.
Burada Voskanyan İran-Ermənistan birgə antiterror hərbi qüvvələrinin yaradılmasından dəm vurub:
“Türkiyənin siyasəti Bakıya, Orta Asiyaya təsir etmək, İran və Ermənistanın ərazi bütövlüyünü təhdid etmək məqsədi ilə böyük Turan yaratmaqdır. Davamlı əməkdaşlıq üçün ortaq bir mərkəzi istiqamətləndirmək və iqtisadi inteqrasiyaya doğru irəliləməklə İran-Ermənistan birgə antiterror hərbi qüvvələrinin yaradılması zəruridir”.
Buradan göründüyü kimi, Ermənistan-İran qardaşlığının növbəti örnəyi də ancaq bölgədə gərginliyi artırmağa hesablanıb.
Onların birgə hərbi qüvvələr formalaşdırmaq təklifi nəyə hesablanıb?
Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, İran-Ermənsitan birgə hərbi qüvvənin yaradılması Tehranla İrəvanın bölgədəki vəziyyəti öz xeyirlərinə dəyişməyə hesablanmış addımdır:
“Vardan Voskanyanın İranla birlikdə hərbi qüvvələrin yaradılması barədə təklifinin məqsədi aydındır. Bununla guya bölgədəki vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar. Sirr deyil ki, hazırda Ermənistan əhalisi İranı özünün əsas qarantı hesab edir. Yəni ermənilərə dəstək vermək sahəsində ilk yerdə İran dayanır. Yalnız bundan sonra Fransa və Rusiya gəlir.
Ermənistanın Rusiya ilə də birgə hərbi qüvvələri də mövcuddur. Amma yaranmış bu komandanlıq 2020-ci ildəki 44 günlük müharibədə ermənilərin ümidlərini doğrultmadı. İndi isə İranla birgə belə bir hərbi birliyin yaradılması təklif edilir. Məqsəd aydındır”.
Həmsöhbətimiz qeyd edir ki, Tehranın belə bir addım atması Azərbaycanla münasibətlərin tamamilə düşmənçilik səviyyəsinə gətirib çıxarılması demək olacaq:
“Bu baş verərsə, ondan sonra Azərbaycanla İran arasında münasibətlərin normallaşması son dərəcədə çətin olacaq. Hətta deyərdim ki, mümkünsüz olacaq. Bu səbəbdən də düşünürəm ki, ermənilərin belə avantüraları xam xəyaldan başqa bir şey deyil. Ermənilərdən hər cür ağılsız təkliflər gözləmək mümkündür.
Hələ bu son deyil. Bundan sonra da onlar reallıqdan uzaq bu cür çoxsaylı təkliflər verməkdə davam edəcəklər. İran Ermənistana müəyyən köməklik göstərə, onun xoşuna gələn bəzi bəyanatlarla çıxış edə bilər və bunları edir də. Amma İran Ermənistanla hərbi birlik yaratmağa cəhd edə bilməz. Çünki belə olan halda qarşılarında türk birliyini görəcəklər. Onlar anlamalıdır ki, Azərbaycan-Türkiyə birliyi bölgədə həlledici əhəmiyyətə malik birlikdir və ona qarşı getmək özlərini məhv etməyə bərabər olacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 30.08.2023
Təxribatın növbəti PƏRDƏSİ – Ermənistan İranla birgə hərbi qüvvə yaratmağa HAZIRLAŞIR
Hazırda oxunan: Təxribatın növbəti PƏRDƏSİ – Ermənistan İranla birgə hərbi qüvvə yaratmağa HAZIRLAŞIR
Hazırda oxunan: Təxribatın növbəti PƏRDƏSİ – Ermənistan İranla birgə hərbi qüvvə yaratmağa HAZIRLAŞIR
152815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.