Səfirdən Qarabağ ermənilərinə ÇAĞIRIŞ - FOTO

Hazırda oxunan: Səfirdən Qarabağ ermənilərinə ÇAĞIRIŞ - FOTO

152776

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin özlərini təcrid etməsi aradan qaldırıldı”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yardım yola salması ilə bağlı “X” (tvitter) hesabında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdan Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolu ilə YARDIM GÖNDƏRİLİR - VİDEO


O, sağlam düşüncənin qalib gələcəyinə ümid etdiyini vurğulayıb: 

“Yerli sakinlər Azərbaycanın suverenliyinə, bütövlüyünə və qanunlarına hörmət çərçivəsində ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar”, - diplomat bildirib. 

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti avqustun 29-da Bakıdan Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salıb.

Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin