Prezident Rövşən Rzayevə irad tutdu - VİDEO 

Hazırda oxunan: Prezident Rövşən Rzayevə irad tutdu - VİDEO 

152467

“Bütün zabuxlular qayıdacaq. Yəni, mən şübhə etmirəm. Çünki biz bu inşa işlərinə start verəndə mən dedim ki, keçmiş köçkünlər arasında sorğu keçirilsin. Mənə verilən məlumata görə, bütün əksər köçkünlər, onların mütləq əksəriyyəti qayıtmağa qərar vermişdir. Ona görə zabuxlular da qayıdacaqlar. Çünki bəzi evlərdə hələ ki, tamamlama işləri gedir”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Laçın rayonunun Zabux kəndinə səfəri zamanı kənd sakinləri ilə görüşündə deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Prezident 50 illik yubileyində laçınlılara verdiyi sözün artıq yerinə yetirildiyindən DANIŞDI


Ölkə başçısı sakinlərə yaradılmış şəraitlə tanış olub, onların təəssüratlarını öyrənib.  

Görüş zamanı dövlət başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə irad bildirib.

Belə ki, çay kənarına çəkilən istinad divarı Prezidentin diqqətindən qaçmayıb: 

Prezident İlham Əliyev: Siz bu divarı çəkmisiniz?  

Rövşən Rzayev: Bəli, istinad divarları çəkilib.  

Prezident İlham Əliyev: İstinad divarı, amma çaya da giriş olmalıdır.  

Rövşən Rzayev: Çaya bu bulaqdan ayrıca giriş gedir, bu bulaq tərəfdən, onun arxasından.

Prezident İlham Əliyev: Yox, çaya yaxınlaşmaq üçün. Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları ki, belə pilləkən düzəldin, yaxud da belə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər.  

Rövşən Rzayev: Baş üstə.  

Məsim Məmmədov: Bu çay da bizim Həkəri kimi genişləndirilib, dərindən çıxarılıb ki, bir az geniş olsun.  

Prezident İlham Əliyev: Əlbəttə, siz elə yaxın zamanlarda açın ki, giriş olsun.

Məsim Məmmədov: Baş üstə.  

Prezident İlham Əliyev: Uşaqlar, yaşlı insanlar buraya - çayın qırağına rahat gəlsinlər, burada sərinləsinlər, balıq tutsunlar.

Sakin: Allah ömür versin, maşallah, Sizin sayənizdə Zabux kəndini bütün BMT-dən belə tanıyırlar. Bütün dünyada artıq Zabux kəndi məşhur kənddir. Allah Sizə ömür versin. Çox sağ olun.  

Prezident İlham Əliyev: Ermənilər gəlib burada qanunsuz yerləşmişdilər, özü də deyirdilər ki, buradan çıxmırıq. Yəqin ki, o kadrları görmüsünüz.  

Sakinlər: Hamısını görmüşük, izləmişik. Allah Sizə ömür versin.  

Prezident İlham Əliyev: Bir eybəcər də ad vermişdilər. Gəlin, şəkil çəkdirək.  
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin