Azərbaycanın XİN başçısının müavini Fariz Rzayev Avstriya rəsmisini Ermənistanın təxribatları barədə məlumatlandırıb.
Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 22-25-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin Avstriyaya səfəri baş tutub. Səfər zamanı F.Rzayev Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktoru vəzifələrini icra edən Niklas Hedman ilə ikitərəfli görüşlər keçirib, BMT-nin Vyana bölməsində “Azərbaycanın kosmik fəzada yeri: 74-cü Beynəlxalq Avtronovtika Konqresi, Bakı Azərbaycan” başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.
Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal ilə keçirilmiş görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlər, siyasi, iqtisadi, və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:26 / 26.08.2023
Rəsmi Bakı Avstriya rəsmisini Ermənistanın təxribatları barədə MƏLUMATLANDIRDI
Hazırda oxunan: Rəsmi Bakı Avstriya rəsmisini Ermənistanın təxribatları barədə MƏLUMATLANDIRDI
Hazırda oxunan: Rəsmi Bakı Avstriya rəsmisini Ermənistanın təxribatları barədə MƏLUMATLANDIRDI
152427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.