Xəbər verdiyimiz kimi avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfər ediblər.
Bizim.Media xəbər verir ki, bir sıra müəssisələrin açılış mərasimində iştirak edən Prezident və birinci xanım Laçın sakinləri ilə də görüşüblər.
MÖVZU İLƏ BAĞLI:
Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular
Ölkəmizin başçısının laçınlılarla olan maraqlı dialoqunu təqdim edirik:
Kişi sakin: Anam 46 il burada müəllim işləyib. Biz anam tərəfdən böyük nəsil-kökük.
Mehriban xanım Əliyeva: Bura cənnətdir. Nə qəşəng qızdır.
Balaca qız: Gedək bizim evimizdə bir çay içək.
Prezident İlham Əliyev: Sağ ol, bala, çox sağ ol. Hələ çox gələcəyik. Sağ olun. Sizə cansağlığı və uğurlar.
Qadın sakin: Sağ olun.
Mehriban xanım Əliyeva: Sağ olun.
Bizim.Media