Xəbər verdiyimiz kimi “Sputnik Ermənistan” radiostansiyası 2023-cü il sentyabrın 1-dən etibarən Xankəndidə fəaliyyətini dayandırır.
Bəs, belə bir qərarın qəbul edilməsini zəruri edən səbəb nədir?
Mövzu ilə bağlı xarici siyasət üzrə ekspert Əziz Əlibəyli ilə həmsöhbət olduq. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, “Sputnik Armeniya” radiostansiyasının Xankəndidə fəaliyyətinin dayandırmasını bir sıra səbəbləri var:
“Təxminən bir həftə əvvəl “Sputnik Armeniya” həm Xankəndidə, həm də İrəvanda hava haqqında xəbər vermişdi. Həmin xəbərdə təxminən belə bir ifadə vardı:”
İrəvanda soyuq və yağıntılı, Xankəndidə isə olduqca isti hava gözlənilir. Ona görə də Xankəndidə günvurmadan qorunmaq üçün müvafiq tədbirlər görülməlidir”.
Erməni KİV-ləri bu məlumatı elə tirajladılar ki, guya burada havanın yox, siyasi proseslərin proqnozları verilib. Hətta “Sputnik Armeniya”nı Azərbaycana stavka etməkdə günahlandıranlar da oldu. Bir sözlə adi hava haqında xəbər erməni cəmiyyətində əməlli-başlı qalmaqal yaratdı”.
Ekspert iikinci bir məqama da toxunub:
“İkinci məqam odur ki, son günlər Rusiya vətəndaşlığı olan ermənilər kütləvi şəkildə Qarabağı tərk edir. Bu məsələ ermənilər arasında müəyyən ajiotaj yaratdı. Bəzi ermənilər iddia edirdilər ki, Rusiya vətəndaşlığı olan ermənilər Qarabağdan ona görə çıxarılır ki, guya Azərbaycan Qarabağda xüsusi əməliyyat hazırlayır.
Bundan xəbərdar olan Rusiya öz vətəndaşlarını qorumaq üçün bu addımı atır. Və yaxud da əcnəbi vətəndaşlar rəsmi Bakının təkidi ilə Qarabağdan çıxarılır. Hətta belə bir fikir də dolaşdı ki, guya General Lentsov erməniləri Laçın NBM-dən yola salarkən onlara deyib ki, bir daha Qarabağa qayıtmaq istəsəniz marşrutu Bakı üzərindən seçməlisiniz. Bu mənada “Sputnik Armeniya”nın Xankəndindən çıxarılması həmin layihənin bir parçasıdır”.
Əziz Əlibəylinin fikrinə görə Rusiya Ermənistanı daha əvvəlki kimi müdafiə etmək istəmir:
“Üçüncü məqam ondan ibarətdir ki, “Sputnik Armeniya” nın Xankəndi ofisinin bağlanması növbəti mərhələdə bu ofisin “Sputnik Azərbaycan” tərəfinfən idarə olunacağı ehtimalıdır. Bu qənaətsə ondan doğur ki, avqustun 16-da BMT TŞ-nin Laçın koridoru ilə bağlı müzakirələrdə Rusiya daha çox Azərbaycanın maraqlarını müdafiə etdi. Yəni Rusiya daha əvvəlki kimi Ermənistanı müdafiə etmir. Bax, bu 3 səbəb “Sputnik Armeniya”nın Xankəndidəki ofisinin bağlanmasına səbəb olan amillərdir”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:30 / 25.08.2023
“Sputnik Armeniya”-nın Xankəndidə fəaliyyətinin dayandırmasının MARAQLI SƏBƏBLƏRİ
Hazırda oxunan: “Sputnik Armeniya”-nın Xankəndidə fəaliyyətinin dayandırmasının MARAQLI SƏBƏBLƏRİ
Hazırda oxunan: “Sputnik Armeniya”-nın Xankəndidə fəaliyyətinin dayandırmasının MARAQLI SƏBƏBLƏRİ
152307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.