Bu həftə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvətilə ölkəmizə iki günlük dövlət səfərinə gəldi. Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini gücləndirən, əməkdaşlığın əsas istiqamətlər üzrə dərinləşməsini hədəf götürən bu səfərdə bir sıra ikitərəfli sazişlər imzalandı.
Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, səfərin əhəmiyyətinə toxunan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bu səfəri şərh edərkən bildirib ki, öncə Azərbaycan Prezidenti İlham Əliyevin ötən il iyun ayında Özbəkistana səfərini və bu səfər çərçivəsində imzalanan sənədlərə baxmaq lazımdır:
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin qəbul olunması ölkələrimiz üçün olduqca vacib bir məsələ idi. Bu sənədlərin bir çoxunu əhatə edən məsələlər yalnız Azərbaycan-Özbəkistan deyil, eləcə də demək olar ki, loqistika baxımından Cənubi Qafqazla Orta Asiya regionunu əlaqələndirmək baxımından da əhəmiyyətli idi.
Çünki bu gün regionda Rusiya-Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda qarşılıqlı komunnikativ əlaqələri, birgə əməkdaşlığı təşviq edən bu cür əməkdaşlıq sənədlərinin imzalanması həm də bütün dünya üçün bir mesaj idi.
Ayrıca Özbəkstanla bağlanmış sənədlərin içində hərbi və hərbi-texniki sahədə birgə əməkdaşlıqla bağlı məsələnin olması hər iki Türk ölkəsi üçün, eyni zamanda bütün Türk Dünyası üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu cür sənədlər bizi həm gücləndirir, həm də regionda Türk dövlətlərinin nüfuzunu artırır, onları bölgənin əsas söz sahiblərinə çevirir”.
İlham İsmayılov bildirib ki, Özbəkistan Qarabağ məsələsində bütün dövrlərdə Azərbaycanı bir mənalı dəstəkləyən ölkə olub:
“Hətta, Ermənistanla heç bir zaman diplomatik əlaqə qurmayıb. Ona görə də, bizim 44 günlük Vətən müharibəsindəki qələbəmiz qardaş özbək xalqı üçün də əsl bayram oldu. İki gün əvvəl Özbəkstan prezidentinin özbək xalqı adından hədiyyəsi olan və Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı özlüyündə çox anlamlı, açıq mesajlarla dolu bir hadisədir.
Üstəlik, qardaş Türk dövlətlərinin bu cür layihələri dəstəkləməsi və ermənilər tərəfindən dağıdılmış bölgələrdə bərpa-quruculuq işlərində iştirakı olduqca vacibdir. Bu həm də xülyalar içində bu torpaqlara bir daha göz dikməyə qalxan ermənilər üçün çox açıq və aydın bir ismarıcdır”.
İlham İsmayılov Özbəkistan prezidentinin Şuşa səfərinə də toxunaraq, bildirib ki, iki il əvvəl Şuşada bağlanmış Azərbaycan-Türkiyə hərbi ittifaqı və birliyi digər qardaş Türk dövlətləri üçün də bir stimul olmalıdır:
“Təbii ki, biz ictimayyət nümayəndələri olaraq arzu edərdik ki, Şuşada bağlanmış Azərbaycan-Türkiyə hərbi-texniki və strateji tərəfdaşlıq müqaviləsi bütün qardaş Türk dövlətləri, Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələrin hər biri ilə ayrı-ayrılıqda bağlansın. Bu qardaş ölkələrin hər birinin Şuşada konsulluq açması da çox müsbət addım olardı.Ümid edirəm ki, bu addımların atılması üçün vaxt və zaman yetişməkdədir. Bu bizim birliyimizi daha da möhkəmləndirər, regionda əsas söz sahibinə çevirər. Proseslərin isə ona doğru getdiyinə tam əminəm”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:30 / 25.08.2023
İlham İsmayılov: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Şuşada konsulluq açması çox müsbət addım olardı”
Hazırda oxunan: İlham İsmayılov: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Şuşada konsulluq açması çox müsbət addım olardı”
Hazırda oxunan: İlham İsmayılov: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Şuşada konsulluq açması çox müsbət addım olardı”
152290
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.