Nazirdən Aİ ölkələrinə: “Ölkəmizə qarşı ikili standartların şahidi olmaq istəmirik - VİDEO

Hazırda oxunan: Nazirdən Aİ ölkələrinə: “Ölkəmizə qarşı ikili standartların şahidi olmaq istəmirik - VİDEO

152222

“Hadija Labib keçmişə yox, gələcəyə baxmalı olduğumuzu tövsiyə etdi. O, gələn ilin yanvarında Belçikanın Avropa İttifaqına sədrlik edəcəyini bildirib. Mən də bu sədrliyin uğurlu olmasını diləyirəm”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı deyib. 

“Bizim istəyimiz və gözləntimiz növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmamağımızdır. Biz bəzi Avropa ölkələrinin separatçılığa necə həssas yanaşdıqlarını, necə mühüm qərarlar qəbul etdiklərini bilirik. Biz istərdik ki, Azərbaycanın həyata keçirdiyi işlərlə bağlı rəy verməzdən əvvəl addımın mahiyyətini başa düşsünlər. Ermənistanın separatçı, təxribat xarakterli addımları belə asanlıqla humanitar məsələ kimi qəbul edilə bilməz”, - deyə Azərbaycanın XİN başçısı vurğulayıb. 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin