“Aİ Bakı ilə Xankəndi arasında dialoqun təşviqi ilə ciddi məşğul olur” – Aİ rəsmisindən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: “Aİ Bakı ilə Xankəndi arasında dialoqun təşviqi ilə ciddi məşğul olur” – Aİ rəsmisindən ÖZƏL AÇIQLAMA

152129

“2023-cü il iyulun 15-də prezident Əliyev və baş nazir Paşinyanla altıncı görüşdən sonra Avropa Şurasının prezidenti Şarl Mişel verdiyi bəyanatda hər iki lideri normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin etmək üçün gələcək cəsarətli addımlar atmağa çağırıb. 

O, həmçinin Ermənistan və Azərbaycan liderlərini yaydan sonra Brüsseldə növbəti görüşə, eləcə də növbəti Avropa toplantısı çərçivəsində Qranadada Fransa və Almaniya liderlərinin iştirakı ilə beştərəfli görüşə dəvət etmək niyyətini bir daha vurğulayıb”.

Bu fikirləri Bizim.Media-nın sorğusuna cavab olaraq Avropa İttifaqının mətbuat xidmətindən  bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər danışıq üçün Bərdəyə gəlir? – AÇIQLAMA


Son günlər intensivləşən gərginliklə bağlı sualları cavablandıran qurum rəsmisi Aİ-nin danışıqlara sadiq olduğunu və Xankəndidə yaşayan ermənilərlə Bakı arasındakı dialoqu dəstəklədiyini deyib.

“Avropa İttifaqı, xüsusən də Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin dəstəklənməsi, eləcə də Bakı ilə Xankəndi arasında dialoqun təşviqi ilə ciddi məşğul olur.

Bu, həmçinin bütün tərəflərin danışıqların nəticələrinə və ümumi maraqlara və qarşılıqlı etimada əsaslanan gələcəyə həqiqi sadiqliyini tələb edir.

Brüssel əsaslı təşəbbüslərə əlavə olaraq, Aİ həm də Aİ-nin Ermənistan və Azərbaycandakı nümayəndəliklərinin gündəlik fəaliyyəti vasitəsilə normallaşma prosesinə tam sadiqdir”, - deyə Aİ rəsmisi əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin