Ərdoğanın Rusiya səfəri nələri dəyişə bilər?- Millət vəkili variantları AÇIQLADI

Hazırda oxunan: Ərdoğanın Rusiya səfəri nələri dəyişə bilər?- Millət vəkili variantları AÇIQLADI

152052

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafaq” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, səfərin tarixi hələlik bəlli deyil. Amma gözlənilən görüşdə müzakirə ediləcək məsələlər barədə indidən fikir söyləmək olar. 

İndiki həssas məqamda Qərbdə “Taxıl sazişi”nin yenidən bərpa olunması, Kiyevlə Moskva arasında müharibənin dayanması və sülhün əldə edilməsidir. Bu məsələdə isə ardıcıl və prinsipial mübarizə aparan dövlət xadimi ancaq Türkiyə Prezidenti Ərdoğandır. Yalnız o, bütün fürsətlərdən istifadə edərək çalışır ki, sözügedən məsələ öz ədalətli həllini tapsın. 

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, Ərdoğan Rusiya Ukrayna prosesinə səmimi şəkildə töhfə vermək istəyində olan tək liderdir:

“Proseslərə nəzər salanda görürük ki, həm Türkiyə, həm də Rusiya əməkdaşlığın inkişaf etdirilməsi vacibliyindən çıxış edirlər. NATO sammitindən sonra belə təsəvvür formalaşdı ki, guya Ankara ilə Moskva arasında qırılma baş verir. Amma hər iki tərəfin rəsmi dairələrinin reaksiyası göstərdi ki, onlar münasibətlərin qorunub saxlanılması və inkişafında maraqlıdır. 

Bu mənada Türkiyə Prezidentinin Rusiyaya səfər edəcəyilə bağlı məlumat onun göstəricisidir ki, Ankara ilə Moskva arasında dialoq mühiti mövcuddur və tərəflər prosesləri birgə müzakirə etmə kanallarına malikdir. 
Ərdoğanın Rusiyaya səfəri Türkiyənin mövcud şərtlər daxilində proseslərə konstruktiv elementlər qatma imkanlarından xəbər verir. Ərdoğan Rusiya Ukrayna məsələsinə səmimi şəkildə töhfə vermək istəyində olan tək liderdir. Bu baxımdan Türkiyə ilə Rusiya arasında münasibətlərin yüksək inkişaf səviyyəsində qalması həm dünya, həm bütövlükdə region üçün çox vacibdir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin