Xankəndi Ağdam yolu ilə bağlı Bakının təklifini qəbul edəcək - Erməni politoloq

Hazırda oxunan: Xankəndi Ağdam yolu ilə bağlı Bakının təklifini qəbul edəcək - Erməni politoloq

151922

“Xankəndidə daxili siyasi böhran dərinləşir. Geniş ictimaiyyətə açıqlanmayan zorakı pərdəarxası proseslər son günlər ictimai müstəvidə tirajlanır (söhbət Arayik Arutyunyanın "istefasından", onun Ruben Vardanyanla qarşıdurmasından gedir”).

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni politoloq Tiqran Qriqoryan Civil.net üçün yazdığı məqaləsində qeyd edib.

Onun fikrincə, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında  hakimiyyət uğrunda mübarizə aparan üç “qütb” formalaşıb:

"Bu, keçmiş separatçı liderlər, qanunsuz birləşmələrin keçmiş komandirləri və Azərbaycanla reinteqrasiya əleyhdarları tərəfindən dəstəklənən qaçaq oliqarx Ruben Vardanyandır. Digər qütb isə separatçıların keçmiş “Təhlükəsizlik Şurasının katibi” Samvel Babayanın komandasıdır.
Samvel Babayan və komandası, bildiyiniz kimi, Azərbaycanla birbaşa dialoqun, bütün yolların açılmasının, ticarət-iqtisadi əlaqələrin qurulmasının tərəfdarıdır. Arayik Arutyunyan və komandası isə Bakı ilə danışıqların Azərbaycan ərazisindən kənarda  aparılmasını dəstəkləyir.
Ancaq nə olursa-olsun, nəticədə Xankəndi Ağdam yolu ilə bağlı Bakının təklifini qəbul edəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin