"Danışıqlar göstərdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi yaxınlaşıb. Hər iki ölkə liderinin vəzifəsi azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşaması üçün hər şeyi etməkdir. Brüsseldə, eləcə də Bakı və İrəvanda yeni məsləhətləşmələr keçirilməlidir. Ümid edirik ki, bu görüşlər tarixi dönüşə səbəb olacaq".
Bizim.Media "Novosti Armenia" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Belçikanın xarici işlər naziri Hadija Labib çərşənbə axşamı İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə brifinqdə səsləndirib.
Belçikalı nazirin sözlərinə görə, Qarabağdakı bu tarixi münaqişədən yeganə çıxış yolu danışıqların aparılmasıdır:
"Mən də uzun müddətdir həll olunmayan və çoxlu qurbanlar gətirmiş münaqişənin həllində sizə kömək etmək üçün buradayam. Belçika Qarabağdakı gərginlikdən narahatdır".
Nazir Bakıda görüş zamanı Azərbaycanın xarici işlər nazirinə də eyni sözləri deyəcəyini qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:28 / 22.08.2023
Azərbaycanla Ermənistan arasında sülh sazişi yaxınlaşıb - Belçika XİN rəhbəri
Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında sülh sazişi yaxınlaşıb - Belçika XİN rəhbəri
Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında sülh sazişi yaxınlaşıb - Belçika XİN rəhbəri
151891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.