Erməni əsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bizim.Media xəbər verir kİ. Xankəndidən gələn erməni əsilli daha 61 nəfər "Laçın" sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçib.
MÖVZU İLƏ BAĞLI:
Daha 30 erməni “Laçın” məntəqəsindən keçərək Ermənistana getdi - FOTO/VİDEO
Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst hərəkətləri təmin olunub.
Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir.
Qeyd edək ki, səhər saatlarında da 30-ya yaxın erməni “Laçın” məntəqəsindən keçərək Ermənistana getmişdi.
Bizim.Media