Avqustun 21-i saat 07:05-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:03 / 21.08.2023
Separatçıların Xocalı istiqamətində təxribatının QARŞISI ALINDI
Hazırda oxunan: Separatçıların Xocalı istiqamətində təxribatının QARŞISI ALINDI
Hazırda oxunan: Separatçıların Xocalı istiqamətində təxribatının QARŞISI ALINDI
151715
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.