Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün Azərbaycana təzyiqlərini artırır - İqor Korotçenko

Hazırda oxunan: Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün Azərbaycana təzyiqlərini artırır - İqor Korotçenko

151706

“Qərbin Cənubi Qafqazla bağlı planlarında əsas hədəf Rusiyanı bu bölgədən sıxışdırıb çıxarmaqdır”.

Bunu Bizim.Media-ya açıqlamasında Rusiya Xəzər strateji araşdırmalar institutunun baş direktoru İqor Korotçenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərb Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir - İqor Korotçenko


O bildirib ki, Qərb hər vasitə ilə Rusiyanı oyundankənar saxlamaq istəyir:

“Nəzərə alaq ki, Cənubi Qafqazdan və Xəzər dənizindən Rusiya üçün həyati əhəmiyyətli marşrutlar keçir. Bu marşrutlar iqtisadi sanksiyalar məngənəsində sıxılan Rusiyanın idxal-ixrac əməliyyatlarında xüsusi önəm daşıyır. Şimal-Cənub nəqliyyat dəhlizi indiki vaxtda Rusiya üçün əsas işlək dəhlizlərdən biridir. Qərbin də hədəfi budur ki, bu dəhliz qapansın”. 

Korotçenko qeyd edib ki, bu dəhlizinsə açarı Azərbaycanın əlindədir:

“Azərbaycansa Avropanın enerji təhlükəsizliyində xüsusi pay sahibidir. Ona görə də Qərb Azərbaycana birbaşa yox, dolayısı ilə təzyiqlər edir ki, Şimal-Cəbub dəhlizini Rusiyanın üzünə qapadsın”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin