Azərbaycanlılar Bonn şəhərində etiraz aksiyası keçirdi - FOTO

Hazırda oxunan: Azərbaycanlılar Bonn şəhərində etiraz aksiyası keçirdi - FOTO

151514

Birləşmiş Millətlər Təşkilatının (BMT) Almaniyanın Bonn şəhərindəki mərkəzinin önündə Azərbaycan icmasının dinc aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri Nuran Abdullayev məlumat yayıb.

O bildirib ki, aksiya iştirakçıları 30 il ərzində işğalçı siyasət yürütmüş Ermənistanın yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiyayönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə qarşı etiraz səslərini ucaldıblar.
Aksiya zamanı “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!” şüarları səsləndirilib.

Aksiya iştirakçıları BMT-nin Təhlükəsizlik Şurasını əməli fəaliyyətə keçməyə - Azərbaycanın Qarabağ bölgəsinin ətraf mühitini qorumağa, Ermənistanın ekosidinə son qoymağa, bərpa işləri üçün beynəlxalq yardım göstərməyə, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyini təmin etməyə və insan hüquqlarını qorumağa çağırış ediblər.

Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın hərbi və ekoloji cinayətləri izah edilib.

Qeyd edək ki, aksiyaya Alman-Azərbaycan Mədəniyyət Evinin nümayəndələri, Almaniyada çalışan bir neçə azərbaycanlı həkim, elm adamları da qatılıblar.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı məsələni müzakirəyə çıxarıb. Bu addım Ermənistanın xahişi, Fransanın təşəbbüsü ilə gündəliyə daxil edilib.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin